Binədəki yanğında yaralıların sayı açıqlandı

08 Oktyabr, 2019 09:30 | Hadisə | Baxış sayı: 72
Təcili yardım və polis maşını
Təcili yardım və polis maşını

Tüstüdən boğulma ehtimalı ilə 4 kişi təcili yardıma müraciət edib

Səhiyyə Nazirliyi “Binə” ticarət mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb. 

Nazirlikdən verilən məlumata görə, ticarət mərkəzində yanğının baş verməsi barədə məlumat Təcili Tibbi Yardıma saat 01:10-da daxil olub:

"Hadisə yerinə gələn təcili tibbi yardım briqadasının həkimlərinə tüstüdən boğulma ehtimalı ilə 4 kişi müraciət edib. Onlardan üçünə yerində yardım göstərilib, bir nəfər isə KTM-in toksikologiya şöbəsinə çatdırılıb".