Yaşlı kişi xaraba qalmış ata yurdunda intihar etdi

08 Oktyabr, 2018 19:54 | Hadisə | Baxış sayı: 93
intihar
intihar

Meyiti bu gün axşam saatlarında həyətyanı sahəsdə ağacdan asılmış vəziyyətdə tapılıb

Zaqatala rayonunda bu gün intihar edən şəxsin kimliyi müəyənləşib.

İstiPress-in məlumatına görə, bu, Zaqatala şəhər sakini, 1955-ci il təvəllüdlü Murad Təmraz oğlu Mirzəyevdir. 

Onun tüfeyli həyat sürdüyü bildirilir. M.Mirzəyev hazırda yaşayış olmayan ata yurduna gələrək intihar edib.

Onun meyiti bu gün axşam saatlarında Zaqatala şəhəri H.Əliyev prospektindəki fərdi yaşayış evlərindən birinin həyətyanı sahəsində ağacdan asılmış vəziyyətdə tapılıb. 

Meyit müayinə edilmək üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib. 

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə araşdırma aparılır.