Rusiyada azərbaycanlı gənci qətlə yetirən şəxs tutuldu

08 Avqust, 2019 16:45 | Hadisə | Baxış sayı: 114

Qəsdən adam öldürmə maddəsilə cinayət işi açılıb

İyulun 28-də gecə saat 4-də Rusiyanın Ivanovo şəhərində - Puşkin meydanındakı "Rokko" barında azərbaycanlı gənci - 27 yaşlı Fazil Saməddin oğlu Balayevi odlu silahla qətlə yetirən şəxs artıq istintaqa cəlb edilib.

İstiPress-in şimal bürosunuin əldə etdiyimiz məlumata görə, Anatoli Qridistov adlı şəxs özü könüllü milis idarəsinə gələrək təslim olub. Onun barəsində Rusiya CM-nin qəsdən adam öldürmə maddəsilə cinayət işi açılıb.

Qeyd edək ki,barda öldürülən Fazil Balayevin meyiti Azərbaycana gətirilib və doğulduğu Quba rayonunun Talabıqışlaq kənd qəbristanlığında dəfn olunub.

Mərhum subay idi və əksər həmyerlilərinin yaşadığı Ivanovo şəhərində ticarətlə məşğul olurdu.