Qadın ərinə yuxu dərmanı verib başqası ilə görüşürmüş - Beyləqanda

08 Avqust, 2019 18:37 | Hadisə | Baxış sayı: 303
Yuxu dərmanı
Yuxu dərmanı

Qadının mobil telefonundan intim xarakterli videogörüntülər aşkarlayıblar

Beyləqanın Birinci Şahsevən kəndində iki nəfərin intiharı, bir nəfərin xəsarət alması və qulağının kəsilməsi ilə nəticələnən hadisənin bəzi təfərruatları məlum olub.

Qeyd edək ki, iyulun 31-də kəndin uşaq bağçasında aşbaz işləyən qadın və həmin bağçanın gözətçisi intihar ediblər. Bundan başqa, aldadılmış ər arvadının xəyanət etdiyi ehtimal olunan başqa kişiyə bıçaq xəsarəti yetirib.

Xatırladaq ki, R.Həsənov həyat yoldaşını başqa kişi – G.Baxşəliyevlə tutub. Rüsvay olan qadın bundan sonra ata evinə qaçıb, lakin qohumları onun müdafiəsinə qalxmadığına görə intihar etmək qərarına gəlib. İki uşaq anası olan N.Həsənova özünü asıb. Baxşəliyev isə Füzuli rayonunun Əhmədbəyli kəndi ərazisində özünü öldürüb.

Aldadılmış ər öyrənib ki, arvadı ona başqa kişi ilə də xəyanət edib və həmin kişiyə də bir neçə bıçaq xəsarəti yetirib, o cümlədən qulağını kəsib. Sonra polisə könüllü təslim olub.

Hələ 30 yaşı olmayan yaralı isə Mərkəzi Rayon Xəstəxanasına çatdırıldıqdan sonra əməliyyat olunub. Lakin həkimlər kəsilmiş qulağı bərpa edə bilməyiblər.

İlkin təhqiqat zamanı müəyyən edilib ki, qadın ərinin bərk yuxuya getməsi üçün onun yeməyinə yuxu dərmanı qatıb. Kişi yuxuya gedəndə isə qadın Baxşəliyevlə görüşə gedib.

Kənd sakini arvadını başqa kişi ilə tutduğu gecə yuxu dərmanı təsir etməyib. O, yuxudan oyanıb və arvadının yanında olmadığını görüb. Həsənov arvadını axtarmağa gedəndə uşaq bağçasının binasının pəncərəsində işıq görüb və işığa tərəf gedəndə arvadını başqa kişi ilə tutub.

İntihar edən qadının mobil telefonundan intim xarakterli videogörüntülər aşkarlayıblar. Məlum olub ki, qadın əri ilə cinsi əlaqədə olmasını telefona çəkirmiş.Hazırda faktla bağlı araşdırma davam edir.