"Taksi"nin ulduzu Moskvada döyülüb

08 Avqust, 2018 13:15 | Hadisə | Baxış sayı: 49
"Taksi" filminin ulduzu
"Taksi" filminin ulduzu

Sami Naser əməliyyat edilib

Bütün dünyada məşhur olan "Taksi" filminin ulduzu Moskvada əməliyyat edilib. İstiPress-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, fransız aktyor Sami Naseri gecə klublarından birində döyüldükdən sonra ciddi yaralanıb.

Səhiyyə Nazirliyinin nümayəndəsinin verdiyi məlumata görə, hazırda onun vəziyyəti yaxşıdır. Əməliyyat uğurla keçib. S.Naser həkim nəzarətindədir. Gözündən aldığı xəsarətlərə görə o hələ bir müddət reablitasiya kursu keçməli olacaq. 

Xatırladaq ki, aktyorun iştirakı ilə dava bazar günü baş verib. lakin bu barədə ötən gün məlumat üzə çıxıb. Naserinin sözlərinə görə, qardaşaı ilə Tver küçəsindəki barlardan birində dincəlib. Burada onun digər müştərilərlə münaqişəsi yaranıb. Nəticədə o üzündən ciddi zərbələr alıb.

Həkimlər aktyora qapalı kəllə beyin travması diaqnozu qoyublar.