Bakıdan Qubaya toya gedən kişi öldü

08 Avqust, 2018 08:38 | Hadisə | Baxış sayı: 226
Təcili yardım avtomobili
Təcili yardım avtomobili

Toydan çıxan kişi maşınında keçinib

Qubada toy mərasimi yasa dönüb. İstiPress-in Şimalo bürosunun məlumatına görə, əslən Qubadan olan, Bakı şəhər sakini Etimad Məhərrəmov ötən gün rayondakı şadlıq sarayalarından birində keçirilən toy mərasimində iştirak edib. Mərasimdə iştirak edib, toydan sonra avtomobilinə əyləşmək istəyəndə isə qəfildən keçinib.

Onun ürək çatışmazlığından vəfat etdiyi ehtimal edilir. Ailəsilə Bakı şəhərindən Qubaya toya gələn E.Məhərrəmovu təcili yardımla xəstəxanaya çatdırsalar da həkimlər heç nə edə bilməyiblər.

Quba rayon prokurorluğunda araşdırma başlanılıb.