Bakıda idmana gedən 14 yaşlı qız itkin düşüb

08 Avqust, 2018 15:17 | Hadisə | Baxış sayı: 114
Məktəbli qızlar
Məktəbli qızlar

Bakıda azyaşlı qız itkin düşüb. Hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib.

İstiPress-in məlumatına görə, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 139, mənzil 56-da yaşayan, 1984-cü il təvəllüdlü Akimova Anastasiya Vasilievna Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsinə müraciət edərək bildirib ki, onunla birlikdə yaşayan qızı, 2004-cü il təvəllüdlü Akimova Ləman Elçin qızı avqustun 4-də səhər saat 9 radələrində yaşadıqları ünvandan Nizami rayonu ərazisindəki "Məşəl" İdman Cəmiyyətinə idman dərslərinə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsində araşdırma aparılır.