Qorxub evdən çıxdı - maşın vurub öldürdü

08 İyul, 2020 16:57 | Hadisə | Baxış sayı: 126
Qəza
Qəza

Qubada 64 yaşlı piyada öldü. Hadisə Qubanın Aleksyevka kəndi ərazisində qeydə alınıb.

İstiPress-in şimal bürosunun məlumatına görə, kənd sakini Şakir Ağarzayevi Quba istiqamətindən gələn Mahir Yadigarovun idarə etdiyi nəqliyyat vasitəsi vurub. Nəticədə o aldığı xəsarətdən yerindəcə ölüb.

Mərhum piyada Şakir Ağarzayev yaşadığı evin həyətində qırılıb ağacın üstünə düşən budağın əks sədasından sonra qısa qapanma nəticəsində çıxan səsdən qorxub küçəyə çıxıbmış.

64 yaşlı piyadanın ölüm səbəblərini Quba rayon polis şöbəsinin istintaq bölməsi araşdırır.