Gənc oğlanın ihtiharı hamını təəccübləndirib

08 İyul, 2020 12:23 | Hadisə | Baxış sayı: 237
intihar
intihar

Xaçmazın Dədəli kəndində 26 yaşlı gəncin intihar etməsi hər kəsi təəccübləndirib. Çünki Aslan Aslanovu kənddə hamı tərbiyəli və ağıllı gənc kimi tanıyıb.

İstiPress-in şimal bürosunun məlumatına görə, iki gün əvvəl itkin düşən gəncin meyiti kənddə yaşayış olmayan, sahibi ölmüş bir evin həyətində xurma ağacından asılmış tapılıb.

O ölümündən qabaq icarəyə götürdüyü avtomaşını isə qəbristanlığın yanında saxlayıb. Sakinlər və ailəsi, polislər onun qəbristanlıqda özünü asmasını güman ediblər.

Gecə səhərəcən onu qəbristanlıqda axtarıb tapa bilməyiblər. Sonra isə mərhum bir sakinin həyətində tapıblar.

Mərhum Aslan Aslanov subay olub. Onun hansı səbəbdən intihara əl atması isə heç kimə məlum deyil.

Xaçmaz rayon prokurorluğunda araşdırma başlanılıb.