On dörd dustaq çörəkdən zəhərlənərək öldü

08 İyul, 2019 11:22 | Hadisə | Baxış sayı: 98
Dustaqların köçürülməsi
Dustaqların köçürülməsi

Dustaqlardan biri çörəyini 16 yoldaşə ilə bölüşdürüb yeyib

Tacikistanda 14 məhbus çörəkdən zəhərlənərək ölüb.

İstiPress-in məlumatına görə,  RİA “Novosti” xəbər verir ki, dustaqların zəhərlənməsi köçürülmə zamanı qeydə alınıb. Dustaqlardan biri onunla birlikdə gedən 16 məhkumla çörək məmulatını bölüşdürüb yeyib.

Bir müddət sonra avtomobildə olan 16 məhbusda ürək bulanması, başgicəllənmə, qusma başlayıb və çörəyi istifadə edən bütün məhbuslar huşunu itiriblər.

Həkimlərin cəhdlərə baxmayaraq, dustaqlardan sadəcə ikisinin həyatını xilas etmək mümkün olub.