Bakıda hosteldə əcnəbinin pulunu oğurladılar

08 İyul, 2019 15:37 | Hadisə | Baxış sayı: 54
Azərbaycan polisi
Azərbaycan polisi

şübhəli şəxs polis tərəfindən saxlanıb, araşdırma aparılır

Bakıda hosteldə əcnəbi vətəndaşın pulu oğurlanıb.

İstiPress-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş iyulun 5-də yaşadığı hosteldə 400 manat və 400 ABŞ dolları (680 manat – red.) pulunun oğurlandığını bildirib.

Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb, qısa müddətdə bu cinayət əməlini törədən şəxs müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Füzuli rayon sakini S.Rüstəmov 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb, araşdırma aparılır.