Sərnişin avtobusu maneəyə girdi - 1 ölü

08 İyul, 2018 11:36 | Hadisə | Baxış sayı: 105

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kürdəmir rayonunda "Ford" markalı mikroavtobusun yol kənarındakı maneəyə çırpılması haqda məlumat daxil olub.

IstiPress FHN-in saytına istinadən bildirir ki, hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri cəlb olunub. Onlar sürücü-1988-ci il təvəllüdlü Alıyev Elnur Vidadi oğlunun sıxılmış vəziyyətdə qalmış cəsədini nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.