İntihara cəhd edən şair - “Utandım, peşmanam”

08 İyul, 2018 10:38 | Hadisə | Baxış sayı: 103
Cəlil Cavanşir
Cəlil Cavanşir

Mən sizin sevginizdən, qayğıkeşliyinizdən utandım...

"Facebook"da canlı yayımda damarlarını kəsərək intihara cəhd edən yazar Cəlil Cavanşir bu gün "Facebook" hesabında dünənki hadisə barədə yazıb və peşman olduğunu bildirib

İstiPress-in məlimatına görə, şairin qardaşı özünü onun evinə çatdıraraq intihar cəhdindən yayındıra bilmişdi. C.Cavanşir bütün bunlarla bağlı bu gün yazıb:

“Əziz dostlar!

Dünən atdığım addımla bağlı uzun-uzadı izahata ehtiyac duymuram. Haqqımda yazılan bütün fikirləri oxumaq imkanım olmadı, amma xeylisini oxudum. Kim nə istəyir düşünsün, kim necə istəyir yozsun. Zərrə qədər narahat deyiləm, heç kəsdən incimirəm, heç kəsi qınamıram. Nə qədər çətin olsa da, yaşamağa davam etməyə məcburam.

Dünən mənim üçün narahat olan, yanımda olan, dəstək olan bütün dostlara təşəkkür edirəm. Mən sizin sevginizdən, qayğıkeşliyinizdən utandım, mütəəssir oldum. Sizləri incitdiyim, narahat etdiyim üçün peşmanam.

Sevgiylə qalın!”