Bakıya gedirdi, yolda öldü

08 İyul, 2018 11:09 | Hadisə | Baxış sayı: 244
Təcili yardım maşını
Təcili yardım maşını

Bakı-Quba yolunun 113-cü km-də, Siyəzən rayonunun Gilgulçay kəndindən keçən hissəsində ölümə səbəb olan yol qəzası baş verib.

İstiPress-in şimal bürosunun məlumatına görə, Siyəzən şəhər sakini Rəfael Məhərrəmov idarə etdiyi"Hunday"markalı avtomobillə Bakı istiqamətinə gedərkən qəfildən irəlidə gedən "Shacman" markalı yük avtomaşınına çırpılıb.

Ağır xəsarət alan Rəfael Məhərrəmov hadisə yerindəcə ölüb. Yük avtomobilinin sürücüsü, İsmayıllı rayon sakini Cəmil Cabbarov isə hadisədən xəsarətsiz qurtara bilib. Qəzanın baş vermə səbəblərini Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsinin əməkdaşları araşdırır.