Ağstafada dəhşətli qəza: iki avtomobil toqquşdu

08 İyul, 2017 14:55 | Hadisə | Baxış sayı: 67

Qəza nəticəsində ölən var

Bakı-Qazax magistralında ölümlə nəticələnən yol qəzası baş verib.

İstiPress xəbər verir ki, yolun 457-ci kilometrliyində,  Ağstafa rayonu Qırlı kəndində “VAZ2106” və "Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ”-ın sürücüsü, Qırlı kənd sakini, 30 yaşlı Mustafayev Elvin Surxay oğlu hadisə yerində ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır. Mənbə: APA