Mikroavtobus qəzasında ölü sayı 3-ə qalxdı - VİDEO

08 May, 2019 16:52 | Hadisə | Baxış sayı: 167

Mikroavtobus minik avtomobili ilə toqquşub

Şəmkirdə Qaracəmirli-Stansiya avtomobil yolunda baş vermiş ağır yol-nəqliyyat hadisəsi  zamanı ölü sayı 3-ə qalxdı. 

İstiPress-in məlumatına görə, hadisə  zamanı ağır xəsarət almış azyaşlı da keçinib.  

Ölən şəxslərin kimliyi məlum olub. Belə ki, “07”nin sürücüsü, 1966-cı il təvəllüdlü Gülməmmədov Vidadi Zirəddin oğlu, onun anası 1945-ci il təvəllüdlü Sücayət Gülməmmədova və sürücünün qardaşı oğlu 3 yaşlı Ayxan Gülməmmədov qəza nəticəsində vəfat ediblər.

7 nəfər isə xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağır, 6-nın vəziyyəti isə orta ağır qiymətləndirilir. Hazırda xəstələrə tibbi yardım göstərilir. 

16:02

Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib. 

İstiPress-in məlumatına görə, hadisə rayonun Qaracəmirli-Stansiya avtomobil yolunda qeydə alınıb. Hərəkətdə olan sərnişin mikroavtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində iki nəfər ölüb. Biri azyaşlı olmaqla 10 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıb. 

Faktla bağlı araşdırma aparılır.