Bakıda daha bir avtobusu qəzası - 3 yaralı

08 May, 2019 20:53 | Hadisə | Baxış sayı: 51
Təcili yardım maşını
Təcili yardım maşını

Minik maşını ilə toqquşmadan sonra avtobus bir piyadanı da vurub

Bakıda sərnişin avtobusunun iştirakı ilə qəza baş verib.

İstiPress-in məlumatına görə, hadisə Səbail rayonunda - "Bəhramgur" heykəlinin yaxınlığında qeydə alınıb.

Minik maşını ilə 53 saylı marşrut üzrə hərəkət edən avtobus toqquşub. Nəticədə, 3 nəfər yaralanıb. Toqquşmadan sonra avtobus bir piyadanı da vurub.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov sorğusumuza cavab olaraq bildirib ki, təcili yardimla 3 yaralı xəstəxanaya gətirilib. Onlardan biri azyaşlıdır.

Yaralıların vəziyyəti orta ağır qiymətləndirilib.