Bakıda bir ailənin 5 üzvü qəzaya düşdü - 2 ölü

08 Mart, 2020 10:52 | Hadisə | Baxış sayı: 89
Avtomobil qəzası
Avtomobil qəzası

Ana və oğul hadisə yerində keçinib

Paytaxtda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

İstiPress-in məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.

“Jeep” markalı avtomobillə “VAZ-2107” markalı avtomobil toqquşub. Qəza nəticəsində “VAZ-2107”də olan bir ailənin 2 üzvü – Şəhriyar Həsənov və onun anası (ad və soyadı dəqiqləşdirilir-red.) hadisə yerində ölüb. Hadisə zamanı həmçinin ailənin daha 3 üzvü – 29 yaşlı Həsənova Lamiyə Zöhrab qızı və onun övladları – 6 yaşlı Həsənova Mənisə Şəhriyar qızı, iki aylıq körpə Həsənova Məryəm Şəhriyar qızı ağır bədən xəsarətləri alıblar.

Yaralılar 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. L.Həsənovaya bədənin müştərək travması, Mənisə Həsənovaya sol bazu sümüyünün sınığı və ənsə nahiyəsinin əziyi, Məryəm Həsənovaya isə qapalı kəllə-beyin travması, baş-beyin əziyi, təpə-ənsə nahiyəsinin qəlpəli sınıqları diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.