İdman müəllimi məktəbdə öldü

08 Fevral, 2019 19:49 | Hadisə | Baxış sayı: 138

Qəfildən halı pisləşib, yerə yıxılaraq keçinib

Qazax rayonunda müəllim çalışdığı məktəbdə dünyasını dəyişib.

İstiPress-in məlumatına görə, hadisə 2 nömrəli orta məktəbdə qeydə alınıb.

Belə ki, məktəbin idman müəllimi, 46 yaşlı Emin Mirzəyevin halı müəllimlər otağında qəfildən pisləşib və o, yerə yıxılaraq keçinib.

İlkin məlumata görə, onun infarkt keçirərək öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.