Ermənilər “Raffaello”nu da oğurladılar

08 Fevral, 2019 13:36 | Hadisə | Baxış sayı: 78
Saxta “Raffaello”
Saxta “Raffaello”

Rostovda dünyanın ən məşhur brendini saxtalaşdıran dəstə tapılıb

Rusiyanın Rostov vilayətində polis saxta “Raffaello” konfetlərinin istehsalı ilə məşğul olan sex aşkar edib. Malqina küçəsindəki evlərdən birinin zirzəmisində yaxta yollarla dünya şöhrətli şirniyyatın saxta variantını hazırlayıblar. Konfetlərin bağlaması, adları eyni olsa da, onların tərkibinin hansı yollarla hazırlandığı bilinmir. 

Hazırlanan konfetlər sonradan Rostov vilayətindəki mağazalara paylanılıb. 

Zirzəmidəki qnaunsuz sexdə konfetləri 19 Ermənistan vətəndaşı hazırlayıb. Onların isə heç birinin Rusiya ərazisində yaşamaq və işləmək icazəsi olmayıb. 

Hazırda istehsalatda iştirak edən digər şəxslərin axtarışları aparılır.