Dağıntılar altında 48 saat sonra möcüzə

08 Fevral, 2019 14:27 | Hadisə | Baxış sayı: 76
İstanbulda çökən bina
İstanbulda çökən bina

İstanbulda dağıntılar altından sağ adam çıxarılıb

İstanbulda Kartal səmtində baş verən 8 mərtəbəli binanın dağıntıları altında aparılan xilasetmə işləri zamanı əsl möcüzə baş verib. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, hadisədən 48 saat sonra dağıntılar altından sağ adam çıxarılıb. Bu 16 yaşlı yeniyetmə olub. 

Daxili işlər naziri Süleyman Soylunun verdiyi məlumata görə, xilasedicilər dağıntılar altından səs eşidiblər. Səs gələn istiqamətdə aparılan axtarış nəticəsində bir nəfər sağ çıxarılıb. O, təcili yardım maşını ilə xəstəxanaya aparılıb. 

Xatırladaq ki, binanın çökməsi nəticəsində 11 nəfər ölüb.