Azərbaycanda məşhur istirahət mərkəzində dəvə adam öldürdü

08 Fevral, 2019 17:52 | Hadisə | Baxış sayı: 401
Cənnət bağı - Altıağac
Cənnət bağı - Altıağac

Çox nadir təsadüf edilən hadisə baş verib

Xızıda acıqlanmış dəvə işçini vurub öldürüb.

İstiPress-in şimal bürosunun məlumatına görə, hadisə Xızının Altıağac qəsəbəsində yerləşən "Cənnət bağı" istirahət mərkəzində baş verib.

Aqressiv dəvə qəfildən orada fəhlə işləyən Ağcabədi rayon sakini, 58 yaşlı Əlibala Əliyevə hücum edib. Aldığı xəsarətdən işçi yerindəcə ölüb.

Əldə etdiyimiz məlumata görə, hadisə zəlzələdən sonra baş verib. Özünü dəvənin saxlanıldığı yerə çatdıran Əlibala Əliyevə heyvan qəflətən hücum edib və boyun nahiyəsindən tutub xəsarət yetirib. Dərhal keçinən istirahət mərkəzinin işçisinin dəvənin yanında meyiti səhər saat 10 radələrində aşkar edilib.

Hadisə vaxtı onun yanında heç kim olmayıb. Yerli sakinlərdən aldığımız məlumata görə, dəvənin adam öldürməsi çox nadir təsadüf edilən hadisədir.

Xızı prokurorluğunda faktın araşdırılmasına başlanılıb.