Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarıldı

08 Yanvar, 2019 18:56 | Hadisə | Baxış sayı: 134
Azərbaycan polisi
Azərbaycan polisi

Polis bir evdə 4 növ narkotik ələ keçirdi

Xaçmazda rayon polis şöbəsinin Xudat polis bölməsinin əməkdaşlarının
keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində rayon ərazisində külli miqdarda narkotik vasitə aşkarlanaraq dövriyyədən çıxarılıb.

İstiPress-in şimal bürosuna DİN mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, yanvarın 6-da daxil olmuş məlumat əsasında Xaçmaz RPŞ-nin Xudat PB-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan Müqtədir qəsəbə sakini Serqey Yudin saxlanılıb.

Hal şahidlərinin iştirakı ilə onun evinə baxış zamanı oradan 1 ədəd sellofan torbada 450 qram qurudulmuş marixuana, 4 ədəd sellofan və 7 ədəd siqaret kağızı bükümdə ümumi çəkisi 2 qrama yaxın olan heroin, 1 ədəd sellofan bükümdə 10 qram tiryək və 6 ədəd şpris aşkar edilərək götürülüb.

Dindirilmə zamanı saxlanılan şəxs narkotik vasitələrinin istifadəçisi
olduğunu, evindən aşkar olunan narkotik maddələri şəxsi istifadəsi üçün, həmçinin satış məqsədi ilə saxladığını bildirib. O, əvvəllər də narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət  Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.