Şabran sakini mal-qara dərmanı içdi

08 Yanvar, 2018 15:20 | Hadisə | Baxış sayı: 178
Meyit
Meyit

Ondan rusiyalı şəxsi məcburi işlətdiyi üçün polisə şikayət edilmişdi

Şimal bölgəsində ilin ilk intiharı qeydə alınıb. İstiPress-in Şimal bürosunun məlumatına görə, Şabranın Hacıqaraqaşlı kəndində 49 yaşlı Rahib Əliyev mal-qara üçün nəzərdə tutulan kimyəvi dərman içib. O rayon xəstəxanasına çatdırılsa da həyatını həkimlər xilas edə bilməyiblər.

Əldə etdiyimiz məlumata görə, Rahib Əliyevdən rus vətəndaşı öz təsərrüfatında məcburi şəkildə işlətməsi barədə şikayət olub, istintaq başlayıb. Lakin adı açıqlanmayan işçini o könüllü şəkildə işə götürüb, əmək haqqı, eləcə də qida ilə təmin edib. İntiharın da bu istintaq işi ilə bağlı ola biləcəyi istisna edilmir. 

Şabran rayon prokurorluğunda CM-nin 125-ci maddəsilə cinayət işi açılıb. Mərhumun 2 oğlu, 1 qızı var.