Bakıda tələbə özünü dənizə atdı

08 Yanvar, 2018 19:10 | Hadisə | Baxış sayı: 300
Bakı bulvarı
Bakı bulvarı

Dənizkənarı Milli Park ərazisində bir nəfər dənizə atıb.
 
İstiPress-in məlumatına görə, özünü dənizə atan şəxsin Lerik rayon sakini,1995-ci il təvəllüdlü Cahangirov Məlik Nizaməddin oğlu olduğu bəlli olub. Hadisə 16:45 radələrində “Yaxt Klub”a yaxın ərazidə qeydə alınıb.

M. Cahangirov Azərbaycan Dövlət Pedoqoji Universitetinin Coğrafiya fakültəsinin 4-cü kursunda təhsil alırmış. Bir ay sonra, fevralın 10-da M. Cahangirov 23-cü doğum gününü qeyd edəcəkdi.

O, özünü dənizə atmadan öncə kurtkasını çıxararaq sahildə qoyub. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri gəlib.
 
Araşdırma aparılır.