Bakıda iki avtomobil toqquşub otelə girdi - xəsarət alanlar var

08 Yanvar, 2018 16:45 | Hadisə | Baxış sayı: 108
Taksinin otelə girdiyi an
Taksinin otelə girdiyi an

Xəsarət alanlar var

Bakıda  “Mercedes” markalı avtomobil “London” taksisi ilə toqquşub və "Park İnn Hotel" mehmanxanasına giriblər.

İstiPress-in məlumatına görə, hadisə Neftçilər prospekti ilə Rəşid Behbudov küçəsinin kəsişməsində baş verib.

 kimi tanınan avtomobil "Park İnn Hotel" mehmanxanasına çırpılıb. Şahidlərin sözlərinə görə, qəza "London taksisi"nin sürücüsünün yolu dönərkən avtomobili idarəetməni itirməsi nəticəsində baş verib.

Hadisə nəticəsində bir nəfər xəsarət alıb. Qəzaya uğrayan avtomobillər əzilib, otelə isə ziyan dəyib. 

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, araşdırma gedir. 

Qeyd edək ki, qəzanın şahidləri olan şəxslər hadisənin barədə sosial şəbəkələrdə də məlumat yayaraq fotolar paylaşıblar.

 

Qəzanın baş verdiyi an
Qəzanın baş verdiyi an