Azərbaycanda maşın 9 yaşlı məktəblini vuraraq öldürdü

08 Yanvar, 2018 19:48 | Hadisə | Baxış sayı: 140
Məktəblilər
Məktəblilər

İmişli rayonunda avtomobil azyaşlını vurub. 
 
İstiPress-in məlumatına görə, “Mercedes” markalı avtomobil Mirili kənd sakini, 2009-cu il təvəllüdlü Şahpələngova Təranə Sakit qızını magistral yolu keçərkən vurub. Məktəbli ağır vəziyyətdə İmişli Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
 
Uşaq aldığı xəsarətlərdən 1 saat sonra ölüb.
 
Faktla bağlı İmişli rayon Polis Şöbəsində araşdırma aparılır.

APA