Yük maşınını kütlənin üzərinə sürdü: 4 nəfər öldü - FOTOLAR

08 Yanvar, 2017 18:58 | Hadisə | Baxış sayı: 102
Qüdsdə yük maşının kütlənin üzərinə sürməsi nəticəsində 4 əsgər ölüb
Qüdsdə yük maşının kütlənin üzərinə sürməsi nəticəsində 4 əsgər ölüb

Qüdsdə yük maşının kütlənin üzərinə sürməsi nəticəsində 4 əsgər ölüb, 15-i yaralanıb. 

İstiPress-in "Frans Press"ə istinadən verdiyi xəbərə görə, yük maşının fələstinli sürücüsü də öldürülüb. Hadisə nəticəsində ölənlərdən 3-ü xanım, biri isə 20 yaşlarında kişidir. 

İsrail polisinin nümayəndəsi Miki Rozenfeld deyib ki, yük maşını əsgərlərin üzərindən keçəndə onlar avtobusdan düşürmüş. 

Hadisəni törədənin şəxsiyyəti barədə məlumat verilmir ancaq onun Cəbəl-Moukaber rayonundan olan 20 yaşlı fələstinli olduğu deyilir.