Azərbaycanda gəlin aparan karvan qəzaya düşdü

08 Yanvar, 2017 21:26 | Hadisə | Baxış sayı: 183
Gəlin maşını
Gəlin maşını

Gəlin aparan avtomobil karvanındakı maşınlardan biri qəzaya düşüb, iki nəfər xəsarət alıb.

İstiPress-in APA-ya istinadən verdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun 21-ci kilometrliyində, Şəki rayonu ərazisndən keçən hissəsində baş verib.

Mingəçevir şəhərindən Şəkinin Kiçik Dəhnə kəndinə gəlin aparan avtomobil karvanında olan və rayonun Kiçik Dəhnə kənd sakini, 1992-ci il təvəllüdlü Məhəmməd Uğurəliyev iradə etdiyi “Mersedes” markalı 10 LZ 180 dövlət nömrə nişanlı maşının idaetməsini itirərək aşırıb. Qəzadan sonra sürücü M. Uğurəliyev xəsarət almasa da, maşında olan sərnişinlər, onun həmkəndliləri 1988-ci il təvəllüdlü Xəzri İntizam oğlu Sədrəddinov və 1988-ci il təvəllüdlü Yusif Elxan oğlu Yusifzadə aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.

Şəki MRX-dan APA-ya bildirilib ki, yaralılardan X. Sədrəddinovun vəziyyəti qismən ağır olduğu üçün reanimasiya şöbəsinə, Y. Yusifzadə isə cərrahiyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.