Aeroporta silahlı hücum edən şəxs saxlanıldı

08 Yanvar, 2017 21:05 | Hadisə | Baxış sayı: 89
Şübhəli Esteban Santiago İraq müharibəsində döyüşmüşdü
Şübhəli Esteban Santiago İraq müharibəsində döyüşmüşdü

Florida aeroportuna ölümcül silahlı hücumda şübhəli bilinən şəxs prokurorluq tərəfindən saxlanılıb.

Florida aeroportuna ölümcül silahlı hücumda şübhəli bilinən şəxs prokurorluq tərəfindən saxlanılıb.

İstiPress "BBC"ə istinadən xəbər verir ki, 26 yaşlı Esteban Santiago Ford Lauderdale aeroportunda atəş açaraq beş nəfəri öldürməkdə, daha altı nəfəri yaralamaqda ittiham olunur. Ona qarşı irəli sürülən "beynəlxalq aeroportda ölümlə nəticələnən zorakılıq" ittihamı ölüm cəzasını da nəzərdə tutur.

Hazırda həbsdə olan şübhəli şəxs xəfiyyələrə deyib ki, hücumu əvvəlcədən planlaşdırıb və Fort Lauderdale aeroportuna birtərəfli bilet alıbmış. Bu, məhkəmə sənədlərində qeyd edilib. Məlumata görə, Santiago silahını qanuni olaraq yoxlamadan keçirib və Alyaskadan Floridaya uçan təyyarəyə keçirib.

Hakimiyyət orqanlarına əsasən onlar Santiagonun bu məkanı nə üçün seçdiyini bilmirlər və terroru istisna etmirlər. Rəsmilər həmçinin Esteban Santiagonun ruhi sağlamlığının hadisədə rol oynadığını da yoxlayırlar. Məlumata görə, FTB şübhəli şəxsi sağlamlıq yoxlamasından keçməyə yönəltmişdi.

Ötən ilin noyabr ayında cənab Santiago "həyəcanlı və dolaşıq" şəkildə Alyaskadakı FTB ofisinə daxil olub. Bunu FTB və Anchorage polisi deyib. Hadisədən sonrakı ruhi sağlamlıq yoxlaması zamanı o, FTB-ə deyib ki, səslər eşidir və ABŞ kəşfiyyat agentliyi tərəfindən idarə olunduğuna inanır.

Onun silahı əlindən alınsa da hakimiyyət orqanları heç bir qanunsuzluq tapmayıblar və dekabrda silahı geri qaytarıblar. Cümə günü baş verən hücumda həmin silahın istifadə olunub-olunmaması hələ ki, aydın deyil.