Qəzada sürücülərdən biri öldü, o biri ağırdır

07 Dekabr, 2020 14:54 | Hadisə | Baxış sayı: 37

Xaçmazda ölümlə nəticələnən yol qəzası qeydə alınıb.

İstiPress-in şimal bürosunun məlumatına görə, Gəndab-Yalama yolunun 47,5-ci km-də - Xaçmazın Xudat şəhərinin girəcəyində "Opel" markalı avtomobillə  Jiquli-Vaz-2106  markalı avtomaşın toqquşub.

Nəticədə Jiqulinin sürücüsü, 60 yaşlı Abid Rufullazadə ölüb, digər sürücü isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır olduğundan onun şəxsiyyətini dəqiqləşdirmək mümkün olmayıb.

Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb. Qəzanın başvermə səbəbi araşdırılır.