Bakıda qəza baş verdi, böyük tıxac yarandı

07 Dekabr, 2018 15:59 | Hadisə | Baxış sayı: 134

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin yaxınlığında

Bakıda iki avtomobilin iştirakı ilə qəza baş verib.

İstiPress-in məlumatına görə, hadisə "İpək yolu" şosesində, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin yaxınlığında qeydə alınıb. Hadisəyə səbəb kimi avtomobillərin ara məsafəsi saxlamaması göstərilir.

Belə ki, "Hyundai" markalı avtomobil piyada zolağında əyləci basarkən arxadan gələn "Mercedes" ona çırpılıb. Qəza yerinə yol patrul xidmətinin əməkdaşları cəlb olunub. Xəsarət alanlar barədə məlumat yoxdur. Sözügedən yolda şəhər istiqamətində böyük tıxac yaranıb.