Avtomobili ilə “QAZel”i vurdu - özü öldü

07 Dekabr, 2018 19:54 | Hadisə | Baxış sayı: 69
VAZ 21074  markalı avtomobil
VAZ 21074 markalı avtomobil

Hadisə yerində keçinib

Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən verilən məlumata görə, dekabrın 7-də saat 1 radələrində Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində Əli Qaybalıyev idarə etdiyi “VAZ-21074” markalı avtomobili yolun kənarında dayanmış Lənkəran rayon sakini Səfail Quliyevə məxsus “QAZel” markalı avtomobilə vurub. Nəticədə “VAZ-21074” markalı avtomobilin sürücüsü hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.