Salyanda ailə faciəsi - ana və 3 qızının meyiti tapıldı

07 Dekabr, 2017 09:33 | Hadisə | Baxış sayı: 437
Evdə ölü tapılan qadın meyiti - ARXİV
Evdə ölü tapılan qadın meyiti - ARXİV

Ailənin 4 üzvü 3 il öncə itkin düşmüşdü

Salyanda illər öncə itkin düşmüş ailənin 4 üzvünün meyitləri aşkarlanıb. Şəhərin Tale Davudzadə küçəsində yaşayan Mehparə Nadir qızı Əliyevanın və 3 qızı 3 il əvvəl itkin düşüblər.

3 il əvvəl itkin düşən Əliyeva Mehparə və qızları - Rəqibə, Sevda, İradənin meyiti tapılıb. Onları M. Əliyevanın əri, 1954-cü il təvəllüdlü Fərhad Əliyevin öldürdüyü, yaşadıqları evin həyətində basdırdığı müəyyənləşib. Bu işdə F. Əliyevə onun oğlu, 1989-cu il təvəllüdlü Fəqan Əliyevin kömək etdiyi bildirilir.

Aparılan istintaq tədbirləri nəticəsində cinayətin üstü açılıb. Hazırda meyitlərin basdırıldığı yerdən çıxarılması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən tədbirlər həyata keçirilir. Ata və oğlu saxlanılıb.

Faktla bağlı Salyan Prokurorluğunda araşdırma aparılır. /APA/