Türkiyədə xəstəxana sahibi azərbaycanlı həkimi güllələdi

07 Noyabr, 2019 13:22 | Hadisə | Baxış sayı: 252
Hadisə yeri
Hadisə yeri

Qadını silahla ağır yaralayan onun uşağının atası olub

Türkiyədə azərbaycanlı qadın həkim güllələnib. Hadisə İstanbulda,  Avcılar məhəlləsində, gecə saat 01 radələrində baş verib.

Adıçəkilən ərazidə özəl tibb müəssisəsinin sahibi olan Cəlal T. adlı həkim yanında çalışan, 3 yaşlı övladının anası Azərbaycandan olan qadın həkimi tapança ilə ağır yaralayıb.

Cütlük arasında hələlik bilinməyən səbəbdən mübahisə başlayıb. Mübahisə qısa zamanda böyüyüb və A.A adlı qadının vurulması ilə bitib. 

Həyat yoldaşını vuran həkim hadisə yerindən qaçmaq istəyib. Lakin silah səini eşidərək hadisə yerinə gələn polis tərəfindən saxlanılıb. 

Yaralı həkim isə xəstəxanaya çatdırılıb, vəziyyəti ağırdır.