Quba yolunda yenə ölüm

07 Noyabr, 2019 12:12 | Hadisə | Baxış sayı: 549
Vurulan piyada
Vurulan piyada

Vurulan piyada yerindəcə keçindi

Bakı-Quba yolunda yenə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. İstiPress-in Şimal bürosunun məlumatına görə, yolun 85-ci km-də-Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində piyada vurulub.

Neftçala sakini Vüsal Əhmədov idarə etdiyi "Hyundai" markalı avtomaşınla yolu keçən 48 yaşlı Xızı rayon sakini Ceyhun Abbasovu vurub. Piyada aldığı xəsarətdən dərhal keçinib.

Fakta görə cinayət işi açılıb.