Qadın sürücü vurduğu piyadanı evə apardı, öldü

07 Noyabr, 2019 15:39 | Hadisə | Baxış sayı: 125
Vurulan piyada
Vurulan piyada

Qadın təcili tibbi yardım stansiyasının həkimləri gələnədək keçinib

Noyabrın 6-da saat 13 radələrində Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində Bakı şəhər sakini N.Ağazadə idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən qəsəbə sakini Elyanə Məmişovanı vurub.

İstiPress-in məlumatına görə, nəticədə N.Ağazadə xəsarət almış E.Məmişovanı həmin qəsəbədə yaşayan qohumunun evinə aparıb və təcili tibbi yardım stansiyasının həkimləri gələnədək E.Məmişova orada ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.