Moskvada azərbaycanlı bloger "Yuventus"un matçında qolunu qırdı

07 Noyabr, 2019 09:55 | Hadisə | Baxış sayı: 79
Bloger
Bloger

Blogerin oyunun ortasında stadiona çıxmaq planı baş tutmayıb

Rusiyada yaşayan azərbaycanlı bloger "Lokomotiv" və "Yuventus" arasında keçirilən matçda tribunadan yıxılıb. İstiPress-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, Sübhan Məmmədovun ( Subo) qolu qırılıb. 

Bloger matçın ikinci hissəsində nəzarətçilərdən yayınaraq meydançaya çıxmaq istəyib. Lakin bu alınmayıb və tribunadan yıxılaraq xəsarət alıb. Planı barədə o "İnstagram" hesabından elan verib: 

"Uşaqlar ikinci hissədə meydançaya qaçmağı düşünürəm. Qorxuram, amma düşünürəm ki, mən də alınacaq". 

Daha sonra o gipslə fotosunu qoyaraq buna yağışlı havanın səbəb olduğunu bildirib. 

Xatırladaq ki, Subo ləqəbli bloger sosial "oyunlarla" məşğul olur. Onun izləyiçilərinin sayı 3 milyondan artıqdır.