Bakıda içində 10 min pul olan seyf oğurlandı

07 Noyabr, 2019 11:45 | Hadisə | Baxış sayı: 45
Seyf oğruları
Seyf oğruları

Oktyabrda baş verən oğurluğun üstü indi açılıb

Bakıda evdən içərisində 10 min manat olan seyf oğurlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 30-da rayon ərazisindəki evlərin birindən içərisində 10000 manat olan seyfi oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş O.Orucov və Abşeron rayon sakini X.Rəsulov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.