Bakıda içində 10 min manat olan seyf oğurlandı

07 Noyabr, 2019 16:59 | Hadisə | Baxış sayı: 46
Seyf oğruları
Seyf oğruları

Polis iki nəfəri saxladı

Bakıda evdən külli miqdrada pul oğurlanıb.

İstiPress-ə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Yasamal RPİ 29-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 30-da rayon ərazisindəki evlərin birindən içərisində 10.000 manat olan seyfi oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər məhkum olunan O.Orucov və Abşeron rayon sakini X.Rəsulov saxlanılıblar.