Xərclədiyi pullarla Britaniyanı şoka salan azərbaycanlı qadın həbs edildi

07 Noyabr, 2018 08:40 | Hadisə | Baxış sayı: 202
Zamirə Hacıyeva
Zamirə Hacıyeva

Zamirə Hacıyevanın Azərbaycana ekstradisiyası müzakirə edilir

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva İngiltərənin paytaxtı Londonda saxlanılıb. 55 yaşlı Z.Hacıyeva Britaniyada ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı" (UWO) çərçivəsində həbs olunub. Hacıyeva Britaniyada əldə etdiyi aktivlərə xərclənən pulların qanuni yollarla qazanıldığını məhkəmə qarşısında sübut etməlidir. Sübut edə bilməsə həmin aktivlər müsadirə olunacaq.

Londonun Vestminster rayonunun Magistrat Məhkəməsində məlum olub ki, o, ötən həftə Azərbaycan tərəfinin tələbi əsasında London polisi tərəfindən saxlanılıb. Z.Hacıyevanın həbsi onun Bakıya ekstradisiyası barədə xahiş ilə bağlıdır.

Onun Britaniyadan Azərbaycana ekstradisiya edilməsi müzakirə olunur. Məlumata görə, ona qarşı iki mənimsəmə ittihamı irəli sürülüb və ötən həftənin çərşənbə axşamı polisə təslim olduqdan sonra təcridxanada saxlanılır.

Cahangir və Zamirə Hacıyevlər
Cahangir və Zamirə Hacıyevlər

Hakim Emma Arbuthnot Zamirə Hacıyeva zaminə buraxa biləcəyini, bunun üçün o, 500 min stelinq məbləğində zəmanət ödəməli olduğunu deyi b. Amma o, Londonun mərkəzindəki evində qalmalı, şəhərdən çıxmamalı və hər gün polisə məlumat verməlidir. Buna baxmayaraq, prokurorlar dərhal buna etiraz ediblər. Bu isə onun təcridxanada qalacağı deməkdir.

Ötən həftə onun gizli yolla satmaq istədiyi 400 min sterlinqdən çox dəyəri olan zinət əşyaları da müsadirə eidlmişdi. 

Xatırladaq ki, London Yüksək Məhkəməsi cinayət yolu ilə qazanılmış pulların leqallaşdırılmasına qarşı mübarizə qanunu çərçivəsində və Milli Kriminal Agentliyin iddiası əsasında Zamirə Hacıyevanın aktivlərinə həbs qoyub. Bunlar Londonun Naytsbirc rayonunda dəyəri 15 milyon funt sterlinqə yaxın olan malikanə, 11 milyon funt sterlinq dəyəri olan qolf-klub, 50 milyon dollara yaxın dəyərində olan “Gulfstream” təyyarəsi daxildir. 

Habelə üzə çıxıb ki, Zamirə Hacıyeva təxminən 10 il ərzində-ərinin Beynəlxalq Banka rəhbərlik etdiyi dövrdə həmin bankın verdiyi 35 kredit kartı ilə Londonun ən bahalı alış-veriş mərkəzi olan “Harrods” univermağında 16 milyon funt sterlinq xərcləyib.

Bundan əvvəl Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın Londonda xərclədiyi vəsaitin Azərbaycana qaytarıla biləcəyi barədə məlumat yayılıb.