Lüstr asmaq istəyən gənc öldü

07 Noyabr, 2018 09:17 | Hadisə | Baxış sayı: 108
Qopan çılçıraq
Qopan çılçıraq

Hadisə şadlıq evlərindən birində baş verib

Sumqayıt şəhərindəki şadlıq evlərindən birində ölüm hadisəsi baş verib. 25 yaşlı şəhər sakini Ağacanov Emil Elçin oğlu "Sədərək" ticarət mərkəzindəki iş yerindən irihəcmli çılçıraq gətirərək, şəhər ərazisində fəaliyyət göstərən "Green House" şadlıq sarayında quraşdırmaq istəyib. Lakin gənc usta hündürlükdən yıxılaraq ölüb.

E.Ağacanovun meyiti müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.