Qusarın kabusu tutuldu - 25 minlik oğurluq

07 Oktyabr, 2019 15:33 | Hadisə | Baxış sayı: 94
Oğurlanan qızıllar
Oğurlanan qızıllar

Qızılları dəyər-dəyməzə satan şəxs 2 ayda 4 ev yarıb

Qusarda 2 ayda 4 evi yaran şəxs tutulub. DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin avqust-sentyabr ayları ərzində rayon ərazisində 4 evdən ümumi dəyəri 25.000 manata yaxın olan qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Şahin Efəndiyev saxlanılıb.

O, törətdiyi cinayət əməllərini etiraf edib. Mənzillərdən oğurladığı qızıl-zinət əşyalarını Bakı şəhərində və Quba rayonu ərazisində dəyərindən ucuz qiymətə satan Ş.Efəndiyev əldə etdiyi pulları xərclədiyini bildirib.

Faktlarla bağlı Qusar RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb. Araşdırma aparılır.