Gəncədə bağçadan uşaq götürməyə gedən ana yoxa çıxdı

07 Oktyabr, 2019 09:18 | Hadisə | Baxış sayı: 40
İtkin qadın
İtkin qadın

26 yaşlı qadından 3 gündür xəbər yoxdur

Gəncədə 26 yaşlı qadın itkin düşüb. Hadisə oktyabrın 4-də şəhərin Z.Bünyadov küçəsində baş verib.

Belə ki, 1993-cü il təvəllüdlü Aysel Ələkbərova yaşadığı mənzildən azyaşlı uşağını bağçadan götürmək adı ilə çıxıb, naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.

Faktla bağlı Gəncə şəhər Kəpəz Polis Şöbəsi tərəfindən araşdırma aparılır.