Bakıda nənə və nəvəni maşın vurdu

07 Oktyabr, 2019 09:00 | Hadisə | Baxış sayı: 37
Yaralı
Yaralı

Yaralılar dərhal xəstəxanaya çatdırılıblar

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza Nəsimi rayonu, 3-cü mikrorayon ərazisində qeydə alınıb.

"Hyundai" markalı avtomobil piyada keçidindən keçən nənə - 1966-cı il təvəllüdlü Süleymanova Albina Gennadi qızını və onun nəvəsi - 2017-ci il təvəllüdlü Bayramov Daniar Ruslan oğlunu vurub. Yaralılar təcili yardım maşını vasitəsilə xəstəxanaya çatdırılıblar.

A.Süleymanovaya sağ budun geniş cırılmış yarası və çanaq sümüyünün sınığı, D.Bayramova üzün sıyrılmış yaraları diaqnozu qoyulub.

Fakla bağlş araşdırma aparılır.