Bakıda ağır qəza, 11 yaralı

07 Oktyabr, 2019 10:50 | Hadisə | Baxış sayı: 91
Təcili yardım
Təcili yardım

Qəza Qala -Pirallahı yolunda baş verib

Bakıda bu gün səhər saatlarında ağır yol qəzası baş verib. Qala -Pirallahı yolunda (“Zirə Bolmarket”in yanı) qeydə alınan qəza nəticəsində 11 nəfər xəsarət alıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə yerinə təcili yardım çağırışı 07:17-də qeydə alınıb. Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, müraciət edən 11 nəfərdən 9-na ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə göndərilib. “İki nəfərin müalicəsi davam edir. Həkimlər xəstəxanada qalan iki nəfərin vəziyyətini orta-ağır kimi qiymətləndirir. Həyatları üçün təhlükə yoxdur”.