Piyadanı vurub qaçan sürücü tutuldu

07 Oktyabr, 2018 13:57 | Hadisə | Baxış sayı: 41
Meyit
Meyit

Dünən axşam saatlarında vurub

Zaqatala rayonunda yol-nəqliyyat hadisəsi zamanı piyadanın ölümünə səbəb olan sürücü saxlanılıb.

İstiPress-in məlumatına görə, dünən axşam saatlarında rayonun Muxax kəndi ərazisində 1953-cü il təvəllüdlü İbiyev Abdurəhman İsmayıl oğlunu "Mercedes Benz" markalı avtomobillə vuran Bakı şəhər sakini Oktay Mirzəyev Zaqatala rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.