Ər arvadını bıçaqladı

07 Oktyabr, 2018 17:34 | Hadisə | Baxış sayı: 75
Əli bıçaqlı qatil (Arxiv)
Əli bıçaqlı qatil (Arxiv)

Yaxınların ailə münaqişəsi zəminində olduğunu deyir

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

İstiPress-in məlumatına görə, şəhər sakini, 1985-ci il təvəllüdlü Yarıyeva Əfsanə Qəhrəman qızı qarın nahiyəsinin daxilə keçən bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib.

Əməliyyat olunan qadının vəziyyəti orta ağır qiymətləndirilir. Yaxınlarının sözlərinə görə, qadın ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.