Azərbaycanda məktəb direktorları yol qəzasına düşdü

07 Oktyabr, 2017 15:35 | Hadisə | Baxış sayı: 405
Qəzaya uğrayan maşın
Qəzaya uğrayan maşın

İki nəfər ağır xəsarət alıb

Tərtər rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

İstiPress Report-a istinadən xəbər verir ki, hadisə rayonun Düyərli kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini Xəlilov Akif Yusif oğlu “VAZ 2106” markalı avtomobil ilə dönmə əməliyyatı edərkən qarşı tərəfdən gələn minik avtomobili hərəkət zolağına çıxıb. Nəticədə avtomobilin sürücüsü və sərnişini 1954-cü il təvəllüdlü İbrahimov Valeh İsmayıl oğlu ağır bədən xəsarətləri alıb.

Yaralılar Tərtər Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hər iki yaralının vəziyyəti ağır olduğundan onlar Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hər iki yaralının vəziyyəti orta-ağırdır.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, qəzada xəsarət alanlar - İbrahimov Valeh İsmayıl oğlu rayonun Ələsgərli kənd orta məktəbinin, Xəlilov Akif Yusif oğlu isə İrəvanlı kənd orta məktəbinin direktoru vəzifəsində çalışır.