Məmur oğlu qəza törətdi - 1 ölü

07 Sentyabr, 2020 15:54 | Hadisə | Baxış sayı: 132
Qəza
Qəza

Gəndab-Yalama yolunun Xaçmazın Çinartala kəndi ərazisində baş verən qəzada 27 yaşlı piyada həyatını itirib.

İstiPress-in şimal bürosunun məlumatına görə, Palçıqoba kənd sakini, 27 yaşlı Səlim Natiq oğlu Alışov yolu keçmək istəyərkən Firuz Vüqar oğlu Məmmədovun idarə etdiyi "Mersedes" markalı avtomobilin zərbəsinə tuş gəlib və ağır yaralanıb. Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırılan Səlim Alışova ilk tibbi yardım göstərilsə də onun həyatını xilas eləmək mümkün olmayıb.

Qəzanı törədən Firuz Məmmədovun Qubadakı 3 saylı ərazi vergilər idarəsinin rəis müavini Vüqar Məmmədovun oğlu olduğu deyilir. Qəzanın səbəbləri araşdırılır.